Kyel A. Nordström “Baku Energy Week”də iştirak edəcək

Kyel A. Nordström “Baku Energy Week”də iştirak edəcək
29.05.2025 11:44 İqtisadiyyat

"Bu il ilk dəfə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq bestseller kitabların müəllifi Kyel A.Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək". 

TodayPress TV xəbər verir ki, bunu Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında “Iteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli bildirib.

O diqqətə çatdırıb ki, Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq.

Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər