Karbamid ixracından gəlir 76 %-ə yaxın artdı
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 92,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 75,7 % çoxdur.
6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.