I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə 5,5 milyard dollar dəyərində layihələr imzalandı

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə 5,5 milyard dollar dəyərində layihələr imzalandı
22.09.2025 17:07 İqtisadiyyat

Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

TodayPress TV xəbər verir ki, bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər