Humanoid robot rekord soyuqda sınaqdan keçirildi
İqtisadiyyat
03.02.2026 19:00
Çinin humanoid robotu "Unitree G1" indiyədək görünməyən dərəcədə aşağı temperatur şəraitində uğurla sınaqdan keçirilib.
TodayPress TV xəbər verir ki, sınaqlar Çinin Sincan dağlıq bölgəsində, havanın temperaturunun -47,5°C-yə qədər düşdüyü şəraitdə aparılıb.
Robot qarla örtülü ərazidə təxminən 130 min addım ataraq 100 kilometrə yaxın məsafə qət edib. Qeyd olunur ki, humanoid robotlar əvvəllər bu cür ekstremal soyuqda sınaqdan keçirilməyib.
Tərtibatçılar robotun belə şəraitdə dəqiq işləmə müddətini açıqlamayıblar. Normal temperaturda isə "Unitree G1"in standart batareyası təxminən iki saat fasiləsiz işləməyə imkan verir. Qış sınaqları üçün batareyada dəyişiklik edilib-edilmədiyi barədə də məlumat verilməyib.
Xatırladaq ki, 35 kq çəkiyə malik "Unitree G1" daha əvvəl güc imkanlarını nümayiş etdirərək təxminən 1,4 ton ağırlığında avtomobili qısa məsafəyə dartmağı bacarıb.
Türkan İsgəndərli
tag: Robot,Humanod,Unitree G1,Temperatur,Todaypress.tv,
