Dünya bazarlarında neft bahalaşdı
"ICE London" qitələrarası birjasında “Brent” neftinin dəyəri 0,58% artaraq 1 barelə görə 64,13 ABŞ dolları təşkil edib.
TodayPress TV xəbər veirr ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,42% artaraq 59,44 ABŞ dollarına bərabər olub.