Cari əməliyyatlar hesabının profisiti açıqlandı

Cari əməliyyatlar hesabının profisiti açıqlandı
19.06.2025 12:46 İqtisadiyyat

2025-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti 1,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 34% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 1,7 mlrd. dollar təşkil edib.

TodayPress TV xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Qeyd edək ki, Mərkəzi Bankla yanaşı, beynəxalq maliyyə təşkilatları 2025-ci ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını proqnozlaşdırır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər