Bakı Enerji Həftəsində sənədlər imzalanacaq
“Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq səviyyəli sənədlər imzalanacaq”.
TodayPress TV xəbər verir ki, bunu Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, enerji həftələri çərçivəsində əhəmiyyətli sənədlərin imzalanması artıq ənənə halına çevrilib.
“Yeni imzalanacaq sənədlərə əsas COP29-dan sonra qarşı qoyulan məqsədlər çərçivəsində olacaq. Buraya bərpa olunan enerji, yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıqlar daxildir”.
Töhfə Səməd