Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi açıqlandı

Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi açıqlandı
30.07.2025 13:13 İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 3 milyon 930 min 521 ton yük aşırılıb.

Bu barədə TodayPress TV-yə ADY-dən məlumat verilib.

Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,3 % çoxdur.

İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 min 030-u ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 % üstələyib.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi 3 milyon 695 min 910 ton, TEU konteynerlərin sayı isə 30 min 869 ədəd olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər