"Azərbaycanın rəqəmsal dövlət məhsulları beynəlxalq maraq doğurur"

İqtisadiyyat

02.02.2026 10:48

"Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları beynəlxalq səviyyədə diqqətlə araşdırılır".

TodayPress TV xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov məlumat verib.

Onun sözlərinə görə, Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə Azərbaycanın rəqəmsal təcrübəsinə həsr olunmuş xüsusi sessiyalar təşkil edilib. 

"Bu sessiyalar çərçivəsində Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları Afrika ölkələri tərəfindən yaxından araşdırılıb. İndiyədək Afrikanın 18-dən çox ölkəsi ilə danışıqlar aparılıb, ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın rəqəmsal dövlət quruculuğu sahəsində qazandığı təcrübənin digər ölkələrdə tətbiqi imkanları, eləcə də bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub".

Qeyd edilib ki, bu maraq Azərbaycanın rəqəmsal transformasiya sahəsində regional deyil, qlobal miqyasda nümunəvi model kimi qəbul olunmasından xəbər verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,