Azərbaycanda qızıl istehsalı 63%-dən çox artdı

Azərbaycanda qızıl istehsalı 63%-dən çox artdı
17.06.2025 15:54 İqtisadiyyat

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda 1297.8 kq qızıl, 1686.9 kq isə gümüş istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.9%, gümüş istehsalı isə 23.8% artıb.

Qeyd edək ki, 2025-ci il iyun ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 119.4 kq və 583.6 kq təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər