Azərbaycanda pambıq mahlıcı istehsalında 33 faizlik artım qeydə alındı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib.
TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % çoxdur.
Bu il noyabr ayının 1-nə ölkədə 15,94 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə isə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.