Azərbaycan-Vyetnam İşgüzar Şurasının ilk iclasının tarixi açıqlandı
Azərbaycan-Vyetnam İşgüzar Şurasının ilk iclasının keçirilmə tarixi açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, iclas iyulun 16-da Hanoyda keçiriləcək.