Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı müzakirə etdilər

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı müzakirə etdilər
04.06.2025 16:52 İqtisadiyyat

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi müzakirə edilib. 

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

O, qeyd edib ki, müzakirələr 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistanın neft naziri Əli Pervaiz Malik ilə görüşdə baş tutub:

"Enerji sektorunda həyata keçirilən qlobal layihələr və “yaşıl enerji” sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük”.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər