Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə etdi

Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə etdi
22.05.2025 11:30 İqtisadiyyat

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında birgə fəaliyyət imkanları müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdən məmnun olduq.

Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirdik" deyə o qeyd edib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər