Azərbaycan Ukrayna ilə səhiyyə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan Ukrayna ilə səhiyyə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdi
03.11.2025 12:09 İqtisadiyyat

Azərbaycan və Ukrayna səhiyyə sənayesi sahəsində işbirliyin dərinləşdirilməsini, dərman vasitələrinin birgə istehsalını müzakirə edib.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata əsasən, müzakirələr nazir müavini Səməd Bəşirli ilə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər