"Apple" “Flip” formatlı qatlanan "iPhone" üzərində düşünür
İqtisadiyyat
02.02.2026 07:15
"Apple" kvadrat korpuslu, şaquli “flip” formatında qatlanan "iPhone" buraxmaq imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg"in texnologiya icmalçısı Mark Gurman məlumat yayıb.
Onun sözlərinə görə, mümkün yeni model "Samsung Galaxy Z Flip7" və "Motorola Razr" kimi cihazlara birbaşa rəqib ola və kompakt “qatlanan telefon” seqmentinə yönələ bilər.
Qeyd olunur ki, bu model format baxımından “kitab” tipli ilk qatlanan "iPhone" "Fold"dan fərqlənəcək. "Fold"un daha böyük ekranlı, üfüqi açılan konstruksiya ilə təqdim ediləcəyi gözlənilir.
Gurman vurğulayıb ki, “Flip” formatlı "iPhone"un buraxılışı hələlik qəti deyil. "Apple" əvvəlcə ilk qatlanan smartfonunun bazardakı uğurunu qiymətləndirməyi planlaşdırır. Həmin modelin "Samsung Galaxy Z Fold7" kimi cihazlarla rəqabət aparacağı bildirilir. Bazardan müsbət reaksiya alınarsa, "Apple" xətti fərqli form-faktorlarla genişləndirə bilər.
Məlumata görə, "Apple"ın ilk qatlanan smartfonu 2026-cı ilin sentyabrında "iPhone 18 Pro" və i"Phone 18 Pro Max" ilə birlikdə təqdim ediləcək. Baza "iPhone 18" modelinin isə 2027-ci ilin yazında çıxacağı iddia olunur.
Daha əvvəl bildirilmişdi ki, "Apple"ın qatlanan smartfonu "iPhone" tarixində ən böyük batareyaya sahib olacaq.
Qiymət Mahir
tag: iPhone,Flip,Motorola Razr,Fold,Todaypress.tv,
