“Yuventus”un 5 toxunulmaz siması

İdman

14.06.2025 17:30

“Yuventus” klubunun baş məşqçisi İqor Tudor heyətdə “toxunulmaz” hesab etdiyi beş futbolçunun adını müəyyənləşdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Tudorun planlarında dəyişməz yerə sahib olan futbolçular bunlardır: müdafiəçilər Federiko Qatti və Andrea Kambyazo, yarımmüdafiəçilər Manuel Lokatelli və Kefren Tyuram, həmçinin hücumçu Kenan Yıldız.

“Qoca sinyora” Federiko Qattiyə yeni və daha yüksək maaşlı müqavilə təklif etməyi düşünür. Kenan Yıldızla bağlı da müqavilənin yenilənməsi gündəmdədir. Baxmayaraq ki, o, ötən yay “Yuventus”la 2029-cu ilin yayına qədər qüvvədə olan uzunmüddətli müqavilə imzalamışdı.

Bu qərarlar “Yuventus”un yeni mövsümdə komanda quruculuğunda hansı futbolçulara əsaslandığını göstərir.

Namiq HUN

tag: Yuventus,Sima,Klub,Oyun,Todaypress.tv,