A22 şirkəti milyard avroluq hücum planlaşdırır

İdman

01.11.2025 09:50

“Real Madrid” və Superliqa layihəsini inkişaf etdirən A22 şirkəti UEFA-ya qarşı 4,5 milyard avroluq iddia qaldırmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə AS məlumat yayıb.

A22 şirkəti bu qərarı Madrid məhkəməsinin UEFA-nın apelyasiyasını rədd etməsindən sonra verilib.

İddia, tərəflərin Superliqa layihəsinin həyata keçirilməsinə mane olan UEFA-nın hərəkətləri ilə əlaqələndirdiyi nüfuza dəyən ziyan və potensial mənfəət itkisi tələb edəcək.

Xatırladaq ki, 2024-cü ilin may ayında Madrid Kommersiya Məhkəməsi FİFA və UEFA-nın dominant mövqelərindən sui-istifadə etdiyinə və futbol bazarında azad rəqabətə mane olduğuna qərar verib. Məhkəmə qurumlara bu cür hərəkətləri dayandırmağı və nəticələrini aradan qaldırmağı tapşırdı.

Namiq HUN

TodayPress TV

tag: A22,Şirkət,Hücum,Plan,Todaypress.tv,