Ulduz futbolçu radarlara düşdü

Ulduz futbolçu radarlara düşdü
14.11.2025 14:12 İdman

“Qalatasaray” klubunun hücumçusu Mauro İkardi mövsümün sonunda İstanbul təmsilçisindən ayrıla bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Corriere Dello Sport” nəşri məlumat yayıb.  

Bildirilir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq argentinalı forvard bir sıra klubların maraq dairəsinə düşüb. 

"Estudiantes", "America", NEOM SC və “Milan” kimi klublar İkardini öz heyətlərində görmək istəyirlər. 

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”ın heyətində 102 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 67 qol vurub və 22 asist edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər