“Ximki” futbol klubu fəaliyyətini dayandırdı

“Ximki” futbol klubu fəaliyyətini dayandırdı
18.06.2025 15:29 İdman

Rusiyanın tanınmış futbol klublarından biri olan “Ximki” fəaliyyətini rəsmən dayandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub uzun müddətdir maliyyə problemləri və borclarla üzləşib. Nəticədə “Ximki” Rusiya Premyer Liqasının (RPL) növbəti mövsümündə iştirak üçün lisenziya ala bilməyib.

“Ximki”nin bu qərarı Rusiya futbol ictimaiyyətində geniş rezonans doğurub. Klub son illərdə bir neçə dəfə Premyer Liqada çıxış etsə də, maliyyə sabitliyini qorumaqda çətinlik çəkib.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər