Velokomanda etirazlara görə adını dəyişdi
İsrailin “Israel-Premier Tech” velokomandası rəsmi olaraq IPT adını daşıyacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, komanda rəhbərliyi “İspaniya Vuelta”sının təşkilatçılarına müraciət edərək, marşrut boyu bütün rəsmi qeydlərdən “İsrail” sözünün çıxarılmasını xahiş edib.
Xatırladaq ki, “Vuelta”nın 16-cı mərhələsi finişə üç kilometr qalmış etirazçılar tərəfindən yolun bağlanması səbəbilə vaxtından əvvəl dayandırılmışdı. Aksiya iştirakçıları “Israel-Premier Tech” komandasının yarışdan kənarlaşdırılmasını tələb edirdilər. Hadisədən sonra təşkilatçılar “Vuelta”nın 18-ci mərhələsinin uzunluğunu iki dəfədən çox azaltmaq qərarına gəldilər.
Namiq HUN