Ulduz forvarddan sürpriz qərar – Levandovski “Yuventus”u seçdi
İdman
02.05.2026 10:00
“Barselona”nın hücumçusu Robert Levandovski yeni klubla müqavilə razılaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Bildirilir ki, polşalı forvard karyerasını “Yuventus” klubunda davam etdirə bilər. Turin təmsilçisi artıq futbolçunun ətrafı ilə danışıqlar aparıb.
37 yaşlı hücumçu “Yuventus”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqası-na vəsiqə qazanacağı təqdirdə transferə razılıq verə bilər. “Qoca sinyora” kataloniyalılardan ayrılacağı halda Levandovski üçün prioritet variant sayılır.
Forvardın “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi ona yeni sözləşmə təklif etsə də, maaşın ciddi şəkildə azaldılması səbəbindən bu variant oyunçunu qane etməyib.
Futbolçunun agenti Pini Zahavi artıq “Yuventus” nümayəndələri ilə görüşüb. Tərəflər illik təxminən 6 milyon avro məvaciblə birillik müqavilə və bonuslar üzərində razılığa gəliblər.
Namiq HUN
tag: Robert Levandovski,Barselona,Yuventus,UEFA,Todaypress.tv,
