Üç güləşçimiz Avropa çempionatının finalında

Üç güləşçimiz Avropa çempionatının finalında
28.06.2025 09:00 İdman

İtaliyada güləş üzrə U15 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, qitə birinciliyinin növbəti yarış günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. 

Üç güləşçimiz turnirin final mərhələsinə vəsiqə qazanıb. 

Bunlar Hüseyn Əmrahlı (38 kq), Ömər Salmanov (44 kq) və Ruslan Nuriyevdir (75 kq). 

Digər yunan-roma güləşçilərimizdən Rahib Əhmədov (41 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) bürünc medal uğrunda yarışacaqlar.

Milli üzvlərindən Xudayar Kərimli (38 kq), Vəkil Bəşirov (48 kq) və Zöhrab Səfərov (85 kq) isə təsəlliverici görüşə çıxacaqlar.

Təsəlliverici və medallar uğrunda görüşlər bu gün keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər