Üç boksçumuz dünya çempionatının yarımfinalına yüksəldi

Üç boksçumuz dünya çempionatının yarımfinalına yüksəldi
11.12.2025 09:15 İdman

Birləşmiş Ərəb Əmirliklərində keçirilən kişilər arasında boks üzrə dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycanın üç boksçusu Dubay turnirinin yarımfinalına yüksəlib.

Sübxan Məmmədov (48 kq) Özbəkistan boksçusu Şodiyorjon Melikuziyevi məğlub edərək ilk dördlüyə adını yazdırıb. 

Alfonso Dominqes (92 kq) moldovalı Andrey Zaplitnyi məğlub edib.  

Türkmənistan boksçusu Dövlət İslamova qalib gələn Məhəmməd Abdullayev (+92 kq) də qızıl medal uğrunda mübarizəni davam etdirir.

Qeyd edək ki, boks üzrə dünya çempionatı dekabrın 13-də başa çatacaq.

Namiq HUN

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər