Sumoçular Avropa çempionatını 2 medalla tamamladı

Sumoçular Avropa çempionatını 2 medalla tamamladı
26.05.2025 11:28 İdman

Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Sumo üzrə Avropa çempionatına yekun vurulub.   

TodayPress TV xəbər verir ki, turnirin son günündə sumoçularımız 4 çəki dərəcəsində dohyoya çıxıblar.   

Böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov Avropa çempionatının bürünc medalına sahib çıxıb.   

Xatırladaq ki, 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ötən il Yunanıstanın Lutraki şəhərində keçirilən qitə yarışında gümüş medal qazanmışdı.   

Qeyd edək ki, U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən Avropa çempionatında daha əvvəl U23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.   

Namiq HUN

FOTOLAR

Sumoçular Avropa çempionatını 2 medalla tamamladı — 1
Sumoçular Avropa çempionatını 2 medalla tamamladı — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər