Slot Çempionlar Liqasında ən yaxşı oyununu xatırladı
İdman
20.03.2026 09:05
Arne Slot “Liverpool” klubunun baş məşqçisi kimi UEFA Çempionlar Liqası karyerasında ən yaxşı hesab etdiyi oyunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Slot klubun rəsmi saytına açıqlamasında bildirib.
“Əgər siz Çempionlar Liqasının son mərhələlərinə yüksəlirsinizsə, bir şeyə əmin ola bilərsiniz: qarşınıza “Pari Sen-Jermen” kimi inanılmaz komanda çıxacaq. Ötən mövsüm onlarla oynayanda bunu gördük. Səfərdə çox, çox çətin oyun oldu, amma burada, “Enfild”də… Dedim ki, biz ideal oynadıq və burada, “Enfild”də PSJ-yə qarşı fantastik oyun keçirdik. Dəfələrlə demişəm ki, bu, möhtəşəm matç idi - nəticəyə görə yox, futbolun necə oynanmalı olduğu baxımından karyeramın ən yaxşı oyunu idi.
Hər iki komanda sadəcə futbol oynayırdı, azarkeşləri sevindirmək və əyləndirmək istəyirdi. Biz oyunu əlavə vaxta aparan yeganə komanda olduq, həmçinin penaltilər seriyasına qədər uzadan yeganə komanda idik”, - deyə Slot vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm “Liverpul” 1/8 final mərhələsində Parıs təmsilçisi ilə oyunlardan sonra turniri tərk edib. Cari mövsümdə 1/4 final çərçivəsində “Liverpul” - PSJ oyunları 8 və 14 aprel tarixlərində keçiriləcək.
Namiq HUN
tag: Arne Slot,Liverpool,UEFA,Oyun,Todaypress.tv,
