Serbiya çempionu olan məşqçi “Sabah”a gəldi

Serbiya çempionu olan məşqçi “Sabah”a gəldi
19.05.2026 13:47 İdman

“Sаbah” yeni baş məşqçisini açıqlayıb.

TodayPress TV xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.

Klubun yaydığı məlumata əsasən, Spasiç məşqçilik fəaliyyətinə 2013-cü ildə Serbiyanın “Mladost Zemun” komandasında başlayıb.

Mütəxəssis 2024/2025 mövsümündə “Vrşaç” ilə Serbiya Basketbol Liqasının çempionu olub və klubun son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb.

Lazar Spasiç son olaraq Almaniya Bundesliqasında çıxış edən “EWE Baskets Oldenburg” komandasını çalışdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər