Sərbəst güləşçilərimiz turniri medalsız tərk etmədi
Azərbaycan Güləş Federasiyası Rusiyada keçirilən beynəlxalq turnirlə bağlı məlumat yayıb.
TodayPress TV federasiyaya istinadən xəbər verir ki, Azərbaycanın iki sərbəst güləşçisi Kaspiyskdə təşkil olunan Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.
Ruslan Abdullayev (65 kq) və Аbubakr Аbakarov (92 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Qeyd edək ki, Əli Əliyevin xatirə turniri hər il Rusiyanın Kaspiysk şəhərində keçirilən nüfuzlu beynəlxalq yarışlardan biri hesab olunur.
Namiq HUN