Samir Abasov hesabat verdi

İdman

30.05.2025 12:21

“Neftçi” PFK-nın Müşahidə Şurasının nümayəndələri baş məşqçi Samir Abasovla mövsümün nəticələrini müzakirə edib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş məşqçinin hesabatları dinlənilib.

Müşahidə Şurası komandanın nəticələrindən narazı qalıb, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. 

Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb. 

Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan “Neftçi”nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.

Namiq HUN

tag: Neftçi,Məşqçi,Hesabat,Klub,Todaypress.tv,