Poqba azarkeşlər üçün oynayır – motivasiyanın sirri açıqlandı
İdman
02.05.2026 11:18
Pol Poqba dopinq qalmaqalından sonra niyə karyerasını bitirmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, hazırda “Monako”da çıxış edən yarımmüdafiəçi Fransa çempionatının XXXII turunda “Mets” ilə oyun öncəsi L1+ kanalına danışıb.
“Azarkeşlərin həm sosial şəbəkələrdə, həm də stadionlarda mənə göstərdiyi sevgini görəndə dayana bilmirəm. İnsanlara sevinc bəxş etmək istəyirəm”, – deyə Poqba bildirib.
Qeyd edək ki, futbolçunun dopinq testi ilə bağlı problem 11 sentyabr 2023-cü ildə üzə çıxmışdı. 2024-cü ilin fevralında testosteron istifadəsinə görə 4 illik diskvalifikasiya alan Poqba daha sonra cəzanın 18 aya endirilməsinə nail olub və 2025-ci ilin martında meydanlara qayıtmaq hüququ qazanıb.
Buna baxmayaraq, “Yuventus” onunla müqaviləni ləğv edib. 2025-ci ilin yayında isə “Monako” futbolçu ilə anlaşma imzalayıb.
Cari mövsümdə Poqba Fransa çempionatında 5 oyuna çıxsa da, hələ məhsuldar göstərici ilə yadda qalmayıb.
Namiq HUN
tag: Pol Poqba,Monako,Fransa çempionatı,Mets,Todaypress.tv,
