“Sabah”ın uğuru dünya futbolunda da diqqət çəkdi!
FIFA-nın prezidenti Canni Infantino “Sabah” FK-nı Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olması münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, FIFA prezidenti bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə rəsmi məktub ünvanlayıb.
Məktubda Canni İnfantino “Sabah”ın mövsüm ərzində göstərdiyi sabit çıxışın və əzmkarlığın çempionluqla nəticələndiyini vurğulayıb. O, klubun futbolçularını, məşqçilərini və bütün kollektivini bu mühüm uğur münasibətilə təbrik edib.
FIFA prezidenti eyni zamanda Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlərə görə AFFA rəhbərliyinə təşəkkürünü bildirib və gələcəkdə yenidən görüşmək arzusunu ifadə edib.
Qeyd edək ki, “Sabah” FK tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının qalibi olub.
Namiq HUN