Rusiyalı ağırlıqqaldıran dopinq testdən keçə bilmədi
Rusiyalı ağırlıqqaldıran Mixail Kim diskvalifikasiya olunub.
TodayPress TV TASS-a istinadən xəbər verir ki, atlet kannabinoidlərdən istifadə etdiyinə görə cəzalandırılıb.
Bildirilib ki, onun dopinq nümunəsində qadağan olunmuş karboksi-tetrahidrokannabinol maddəsi aşkar edilib.
Qadağa müddəti 2 il olan Kim 2027-ci il martın 27-dən gec olmayaraq idmana qayıda biləcək.
Namiq HUN