Rüdiger Türkiyə klubunun maraq dairəsində

Rüdiger Türkiyə klubunun maraq dairəsində
13.12.2025 11:30 İdman

Madrid “Real”ının mərkəz müdafiəçisi Antonio Rüdiger qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran “Qalatasaray” klubunun əsas hədəflərindən biri kimi nəzərdən keçirilir. 

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk təcrübəsi və bacarıqlarına görə Rüdigerlə maraqlanır. Futbolçu da gələn təkliflərə açıqdır. İstanbul təmsilçisi əvvəlcə Rüdigerlə danışıqlar aparmağı, daha sonra isə “Real”a rəsmi təklif göndərməyi planlaşdırır.

Rüdigerin “kral klubu” ilə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır. Onun uzadılması hələ də sual altındadır.

Qeyd edək ki, cari mövsümdə alman müdafiəçi “Real”ın heyətində 3 oyunda iştirak edib. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər