Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır?

Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır?
13.08.2026 14:10 İdman

Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Teyani Reyndersin transferi ilə bağlı danışıqları inkişaf etdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 28 yaşlı niderlandlı futbolçu üçün təxminən 60 milyon avro ödəməyə hazırdır və “Mançester Siti” ilə razılaşmağa yaxındır.

Hazırda transferin baş tutması isə birbaşa futbolçunun qərarından asılıdır.

Qeyd edək ki, Reynders ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb. O, bu matçlarda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Niderlandlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər