“Real” düşərgəsində narazılıq: Mbappe qərar tələb edir

İdman

05.05.2026 09:00

İspaniya mediası və sosial şəbəkələrdə Kilian Mbappe ilə Vinisius Junior arasında münasibətlərin gərginləşdiyi barədə yeni iddialar yayılıb.

TodayPress TV xəbər verir ki, fransalı hücumçu özünü komanda daxilində bəzi oyunçular tərəfindən “xəyanətə uğramış” hiss edir. 

Bildirilir ki, Mbappenin anası Fayza Lamari yayda klub prezidenti Florentino Peres qarşısında ultimatum irəli sürəcək.

İddiaya əsasən, Mbappenin ətrafı məsələni kəskin qoymağa hazırdır, ya “Real Madrid” Vinisiusla yollarını ayıracaq, ya da fransalı ulduz komandanı tərk edəcək.

Hazırda bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Daha əvvəl isə futbolçuların “Barselona” ilə vacib oyun ərəfəsində Mbappenin İtaliyaya səfərindən narazı olduqları bildirilirdi.

Namiq HUN

TodayPress TV

tag: Kilian Mbappe,Vinisius Junior,Real Madrid,Klub,Todaypress.tv,