Rassell sprinti qazandı, dünya çempionu Ferstappen geridə qaldı
İdman
14.03.2026 09:15
“Formula-1” üzrə dünya çempionatının Çin qran-prisi mərhələsinin sprint yarışında qələbəni Corc Rassell qazanıb.
TodayPress TV xəbər verir ki, “Mercedes”in britaniyalı pilotu yarışın ilk hissəsində “Ferrari”nin sürücüsü Lyuis Hemilton ilə liderlik uğrunda mübarizə aparıb.
İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler tutub. Dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen isə zəif startdan sonra finişə yalnız doqquzuncu çatıb.
Sprint yarışının nəticələri (ilk 10):
1. Corc Rassell (“Mercedes”) - 19 dövrə
2. Şarl Lekler (“Ferrari”) +0.674
3. Lyuis Hemilton (“Ferrari”) +2.554
4. Lando Norris (“McLaren”) +4.433
5. Andrea Kimi Antonelli (“Mercedes”) +5.688
6. Oskar Piastri (“McLaren”) +6.809
7. Liam Louson (“Racing Bulls”) +10.900
8. Oliver Berman (“Haas”) +11.271
9. Maks Ferstappen (“Red Bull”) +11.619
10. Esteban Okon (“Haas”) +13.887
Namiq HUN
tag: Formula-1,Corc Rassell,Çin,Qran-pri,Todaypress.tv,
