Qvardiola: “Özünüz olun və çox çalışın”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadakı gələcək varisinə müraciət edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Klub mənə varisimin kim olacağını deyəndə, ona zəng edəcəyəm və özün olmasını söyləyəcəyəm. Klub ona tam dəstək verəcək və bu, ən böyük üstünlükdür. Burada işləyən bütün məşqçilər Çiki, indi isə Uqo, Ferran və xüsusilə Haldun kimi rəhbərlərlə çalışdığı üçün şanslı olub. Özünüz olun və çətin anlarda bu sizi digər klublardan daha çox qoruyacaq. Fikirlərinizdə sərbəst olun, çox çalışın. Biz bura gələndə komandanı sıfırdan qururduq və əsas prinsipimiz hər oyunu qazanmağa çalışmaq idi. Premyer Liqa, Liqa Kuboku – fərq etməz, sadəcə qələbə üçün oynayın, sonra isə yolunuza davam edin. Buradakı insanları tanıdığım üçün əminəm ki, hər şey yaxşı olacaq”, – deyə Qvardiola vurğulayıb.
Qeyd edək ki, 55 yaşlı Xosep Qvardiola “Mançester Siti”də çalışdığı 10 il ərzində 20 titul qazanıb. Bunların arasında altı İngiltərə çempionluğu və UEFA Çempionlar Liqası zəfəri də var.
Namiq HUN