“Qəbələ” “Real”ın yetirməsi ilə anlaşdı

“Qəbələ” “Real”ın yetirməsi ilə anlaşdı
07.08.2025 11:46 İdman

“Qəbələ” klubu heyətini gücləndirməkdə davam edir. 

TodayPress TV xəbər verir ku, “qırmızı-qaralar” ispaniyalı  futbolçu ilə anlaşmaya nail olub.

“Qəbələ” son olaraq Xorvatiyanın “Varajdin” klubunda çıxış etmiş Xayme Sierranı razı sala bilib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi “Real Madrid” klubunun yetirməsidir. O, karyerası ərzində İspaniyanın  “Loqrones”, “Leonese”, “Atletiko Baleares” və Belçikanın “Deynze” klublarında çıxış edib.

Xayme Sierranın “Varajdin”lə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.

(Apasport.az)

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər