“Qarabağ”ın müdafiəçisi ÇL-in rəmzi komandasına düşdü
UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində I turun rəmzi komandası açıqlanıb.
TodayPress TV “Yahoo” portalına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva da yer alıb.
Nəşr onun “Benfika” üzərində (3:2) tarixi qələbədə göstərdiyi inamlı oyunu xüsusi vurğulayıb.
Mateus Siva rəmzi “11-lik”də Avropanın Vircil Van Deyk,
Hakan Çalhanoğlu, Markus Reşford, Duşan Vlahoviç və Harri Keyn kimi təcrübəli futbolçularla bir sırada yer alıb.
Qeyd edək ki, “Qarabağ” ÇL-in Liqa mərhələsindəki növbəti matçını Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək. Qarşılşama oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Namiq HUN