“Qarabağ” hücum xəttini gücləndirir
Kolumbiyalı hücumçu “Qarabağ” klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib.
TodayPress TV "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında məlumat verib.
O, Azərbaycan çempionunun hücum xəttini gücləndirəcək futbolçunun Kamilo Duran olduğunu bildirib.
Qeyd edək ki, 23 yaşlı forvard Portuqaliyanın “Portimonensi” klubundan “Qarabağ”a təşrif gətirib.
Namiq HUN