"Qalatasaray" "Gənclərbirliyi"ni məğlub etdi

"Qalatasaray" "Gənclərbirliyi"ni məğlub etdi
19.04.2026 03:21 İdman

Türkiyə Super Liqasında XXX turun oyunları davam edir.

TodayPress TV xəbər verir ki, günün ilk matçında "Karagümrük" öz meydanında "Eyüpspor"u qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lider "Qalatasaray" isə səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf "sarı-qırmızılılar" olub - 2:1.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbaxça" isə ikinci sırada qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər