PSJ Enrikenin əlində: klub gələcəyi ona tapşırır
İdman
31.01.2026 09:30
“Pari Sen-Jermen” klubu ispan mütəxəssis Luis Enrikeyə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə Football Espana nəşri məlumat yayıb.
Bildirilir ki, Enrikenin 2027-ci ildə mövcud müqaviləsinin başa çatmasından sonra Paris təmsilçisini tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, baş məşqçi hazırda yeni anlaşmanın razılaşdırılmasının son mərhələsindədir.
Qeyd olunur ki, Luis Enrike Parisdə özünü rahat hiss edir və növbəti mövsümə sakit şəkildə hazırlaşmaq üçün gələcəyi ilə bağlı qərarını yay aylarına qədər vermək istəyir.
PSJ rəhbərliyinin Enrikeyə məhz 2030-cu ilə qədər müqavilə təklif etməsi təsadüfi deyil. Belə ki, klubun idman direktoru Luiş Kampuşun da müqavilə müddəti eyni tarixdə başa çatır.
Namiq HUN
tag: PSJ,Luis Enrike,Futbol,Məşqçi,Todaypress.tv,
