Paytaxt klubundan gözlənilən ayrılıqlar rəsmiləşdi

Paytaxt klubundan gözlənilən ayrılıqlar rəsmiləşdi
26.05.2026 16:14 İdman

“Neftçi” klubu üç futbolçusu ilə yollarını ayırıb.

TodayPress TV “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə başa çatan müqavilələri yeniləməmək qərarına gəlib.

Xatırladaq ki, Vensan Abubakar “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasında keçirdiyi 16 oyunda 7 qol vuraraq komandanın mövsümdə ən məhsuldar futbolçularından biri olub.

Edvin Kuç bütün turnirlər daxil olmaqla 44 rəsmi matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Kristian Kostin isə “ağ-qaralar”ın heyətində keçirdiyi 7 oyunda məhsuldar fəaliyyəti ilə seçilməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər