Parlaq debüt: Azərbaycanlı xizəkçi Andorrada ilk “beşlik”də!
İdman
30.01.2026 10:34
Dağ xizəkçilərinin Andorra turu başa çatıb.
TodayPress TV xəbər verir ki, “Trofeu Borrufa” adlı beynəlxalq xizək yarışında Azərbaycan təmsilçisi uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.
U14 kateqoriyasında ilk dəfə yarışan Chanelle Axelsson, dağ xizəyinin nəhəng slalom növündə 55 idmançı arasında 5-ci yeri tutub.
Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yerə malik beynəlxalq turnirlərdən biri hesab olunur.
Namiq HUN
tag: Xizək,Andorra,Yarış,Tur,Todaypress.tv,
