“Neftçi”nin qadın basketbolçuları Şanxayda məğlub oldu

“Neftçi”nin qadın basketbolçuları Şanxayda məğlub oldu
16.05.2026 14:29 İdman

Çində 3x3 basketbol üzrə Dünya Seriyasının mərhələ yarışı davam edir.

TodayPress TV xəbər verir ki, Şanxay turnirində Azərbaycanı “Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası təmsil edir.  

Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv Niderlandın “Amsterdam” komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, basketbolçularımız Dünya Seriyasındakı ilk matçında Tailand təmsilçisinə 14:19 hesabı ilə məğlub olmuşdu.

Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər