"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı

"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı
17.05.2026 20:00 İdman

"Neftçi" cari mövsüm Azərbaycan Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub.

TodayPress TV xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra nail olublar.

"Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.

"Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Ölkə çempionluğunu əvvəlki turlardan rəsmiləşdirən "Sabah" isə 75 xala malikdir.

Bu matçla eyni vaxtda başlayan "Zirə" - "Sumqayıt" qarşılaşmasında birincilər qələbə qazanıb - 2:1.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahiblərindən Ruan Renato (19-pen), qonaqlardan isə Aleksandr Ramalinqom (45) diqqət mərkəzinə düşüb.

51 xalı olan "Zirə"nin mövsümü beşinci bitirəcəyi dəqiqləşib. "Sumqayıt" isə 42 xalla yeddinci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər