NBA finalı insidentlə başa çatdı

İdman

23.06.2025 09:30

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) yeni çempionu müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, “Oklahoma-Siti Thunder” final seriyasının yeddinci oyunu çərçivəsində doğma meydanda “İndiana Peysers” üzərində 103:91 hesablı qələbə qazanaraq NBA çempionu olub.

“Oklahoma”nın qələbəsində Şey Gilces-Aleksander (29 xal), Ceylen Uilyams (20 xal) və Çet Holmgren (18 xal) pay sahibi olublar. 

Matçdan dərhal sonra çempionluğu qeyd edən azarkeşlərin toplandığı parklardan birində atışma baş verib. KOCO 5 telekanalının məlumatına görə, insident nəticəsində bir nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Atışmanın təfərrüatları hələ açıqlanmayıb, istintaq davam edir.

Namiq HUN

tag: ABŞ,Milli Basketbol Assosiasiyası,NBA,“Oklahoma-Siti Thunder”,Todaypress.tv,