Minifutbol üzrə yığmamız dünya çempionatında ilk qələbəsini qazandı

Minifutbol üzrə yığmamız dünya çempionatında ilk qələbəsini qazandı
23.05.2025 22:30 İdman

Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

TodayPress TV-nin məlumatına görə, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.

Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər