Millimiz Dünya kubokunda 3 gümüş medal qazandı

Millimiz Dünya kubokunda 3 gümüş medal qazandı
02.06.2025 16:05 İdman

Azərbaycanın akrobatika üzrə yığma komandası Bolqarıstanda keçirilən Dünya kubokunda üç gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, Burqas turnirində kişilərin duetində Daniel Abbasov və Murad Rəfiyev ikinci yeri tutublar

Qarışıq cütlüklərin yarışında Milana Əliyeva və Sabir Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaixidən ibarət qrupun da Dünya kubokundan qazancı gümüş medal olub.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər