"Milan" "Sassuolo"ya uduzdu

"Milan" "Sassuolo"ya uduzdu
03.05.2026 19:33 İdman

İtaliya A Seriyasının 35-ci turunda "Milan" "Sassuolo"nun qonağı olub.

TodayPress TV xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı matçın 5-ci dəqiqəsində Domeniko Berardi açıb. 24-cü dəqiqədə Fikayo Tomori ikinci sarı vərəqə alaraq meydandan qovulub və "Milan" azlıqda qalıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Arman Loryente fərqi artıraraq yekun hesabı müəyyənləşdirib.

Hazırda "Milan" 35 oyundan sonra 67 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Sassuolo" isə 49 xalla doqquzuncudur.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər